Türkiyədə erməni fondunun rəhbəri koronavirusdan öldü


13:35     07 May 2020 20_05_07_1588844132.jpg


Türkiyədəki erməni icmasının əsas nümayəndələrindən biri, erməni icmaları fondunun baş katibi və Müqəddəs Ovannesa kilsəsi fondunun rəhbəri Arutyun Şanlı koronavirusdan ölüb.


Femida.az xəbər verir ki, bu barədə İstanbulda nəşr olunan "Akos" erməni qəzeti məlumat yayıb.
56 yaşlı A.Şanlının vəziyyəti yaxşılığa doğru getsə də, sonra yenidən pisləşib.

Onun ölümü ilə bağlı Türkiyədəki erməni əsili deputatlar Karo Paylan və hakim AKP-nin üzvü Markar Yesayan başsağlığı verib.

Femida.az

Açar sözlər:

Oxunub: 701