Neft sürətlə bahalaşmağa başlayıb


14:02     07 May 2020 neft5.jpg


Dünya bazarında xam neftin qiymətləri günə azalma ilə başladıqdan sonra günorta saatlarına doğru sürətlə artmaqdadır.


Femida.az xəbər verir ki, Bakı vaxtı ilə saat 13:55-ə olan məlumata görə, Londonun "ICE Futures" birjasında “Brent markalı neftin iyul fyuçerslərinin bir barelinin qiyməti 4,34% artaraq 31,01 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin iyun fyuçerslərinin bir barelinin qiyməti 5,92% artaraq 25,41 ABŞ dolları olub.

Femida.az

Açar sözlər:

Oxunub: 447