Vilyam Hacıyevin oğlu işdən çıxarıldı - RƏSMİ
15:34 07 May 2020
İmişli Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Vilyam Hacıyevin oğlu işdən çıxarılıb.
Femida.az xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Məhəmməd Hacıyev Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifəsindən azad olunub.
Baş Prokurorluğun Mətbuat Xidməti "Report"a faktı təsdiqləyib.
Qeyd edək ki, mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib və V.Hacıyev həbs edilib.
Prezident İlham Əliyev mayın 6-da V.Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Xatırladaq ki, ilk xəbəri unikal.org saytı yayıb.
Femida.az
Oxunub: 955
Oxşar xəbərlər
- Vilyam Hacıyevin vəkili təkrar ekspertizanın keçirilməsini istəyir
- “DOST” İş Mərkəzi Vilyam Hacıyevə qarşı 275 min manatlıq mülki iddia qaldırıb
- Vilyam Hacıyev: "Otağımda aşkarlanan 6 milyon manat arvadımın babasından miras qalmışdı"
- Şirkət rəhbəri: “Vilyam Hacıyevə 1 milyondan artıq rüşvət vermişəm”
- Vilyam Hacıyevin oğlu vəzifəsindən azad olunub
- Sahibkar: "Tikinti üçün Vilyam Hacıyevə 2 min manat rüşvət verdim"
- Vilyam Hacıyevin səhhətində problem yaranıb
- Vilyam Hacıyevin məhkəməsində sabiq şirkət əməkdaşı dindirilib
- Vilyam Hacıyevin məhkəməsi təxirə salınıb
- Koronavirusa yoluxan Vilyam Hacıyev xəstəxanaya köçürülüb, vəziyyəti ağırdır