“Oğlumun başını kəsmişdilər”- Anadan dəhşətli müraciət


15:34     04 Dekabr 2015 ana3.jpg

“Mən mətbuat vasitəsi ilə hər kəsə öz ana səsimi çatdırmaq istəyirəm. Oğlumu qəddarlıqla balta ilə başını kəsib, sonra da, 18 bıçaq vurublar.”


Sabunçuda baş vermiş dəhşətli cinayət hadisəsi ilə bağlı məlumat vermişdik. 1991- ci il təvəllüdlü İsmayılov Nihat Məmmədhəsən oğlu, həmkəndlisi tərəfindən balta və bıçaqla xüsusi amansızlıqla qətlə yetirilib. Femida.az qətlə yetirilən Nihatın anası Səkinə xanımla müsahibəni təqdim edir.

Hadisə harada, necə baş verib?

- Hadisə Sabunçuda Komsomol tərəfdə olub. 2014- cü il noyabr ayının 19- da axşam tərəfi idi. Rəhmətlik oğlum mənə dedi ki, İsmayıl (red- Nihatı öldürməkdə təqsirli bilinən Mirələkbərin oğlu) məni barışıq üçün evlərinə çağırıb .Mən də, dedim ki, yox getmə. Anayam elə bil ürəyimə nə isə gəlmişdi. Çünki, o adamlar çox təhlükəli birinə oxşayırdı. Oğlum məni inandırdı ki, narahat olma artıq aramızda problem yoxdur, barışmışıq. Bundan sonra oğlum getdi. Hardasa saat axşam tərəfi, 6 olardı.

- Siz, deyirsiniz ki, oğlunuz barışığa gedirdi. Qarşı tərəflə sizin aranızda nə baş vermişdi ?

- Bu hadisədən bir müddət əvvəl oğlumu öldürən Mirələkbərin oğlu, İsmayıl oğluma söymüşdü. Onlar arasında kiçik dava olmuşdu. Həmin vaxt söyüşə görə, oğlum İsmayılı bıçaqla vurmuşdu. Amma bu hadisədən sonra biz bütün xərclərini çəkdik. Onların bizdən narazılığı qalmamışdı. O, məsələ də, artıq həll olunmuşdu. Sən demə, bunlar oğlumdan qisas almaq istəyirmiş.Ona görə, Nihatı çağırıb ora aparıblar.

-Hadisəni kimlər törədib?

Deməli, noyabrın 19-da İsmayıl oğluma zəng edib ki, gəl bizim tərəfə. Əvvəlcədən də, İsmayılın atası Mirələkbər də, baltanı itiləyib, həyətdə dayanıb. Oğlum onlar tərəfə gedəndə artıq görüb ki, bunların məqsədi başqadır. Oğlumun yanında Gündüz adlı bir nəfər də, olub. Həmin vaxt İsmayıl xalası oğlu Şirinov Xətaini də, ora çağırıb.Atası Mirələkbər də, balta ilə həyətdə dayanıbmış. Oğlumu evlərinin həyətində olan hamama salıblar. Hadisəni də, Mirələkbər və Xətai bir yerdə törədiblər. Nihatı hamama salıb, qapını da, bağlayıblar. Mirələkbər oğlumun başının arxasından balta ilə vurub. Boynunun arxasından kəsib. Bundan sonra, Xətai bıçaqla onun bədəninin bütün hissələrini deşik-deşik edib. Ona 18 bıçaq zərbəsi vurulmuşdu. Bu vəhşiliyi heç kim etməz. Oğlum yalvarırmış ki, məni öldürməyin. Yazıq uşağı işgəncə ilə öldürüblər. Hətta, yaralı olanda belə, təpiklə vurublar.

- Bəs, orada kömək üçün heç kim olmayıb? Dediniz ki, oğlunuz Gündüz adlı dostu ilə gəlmişdi.O, harada olub hadisə vaxtı?

- Hadisə vaxtı Gündüz də, orada olub. O, ilkin istintaqda da, dedi ki, Xətai və Mirələkbər hamama girib, qapını bağlamışdı. İçəridə Nihat qışqırırmış ki, vurma, vurma,!! Yalvarırmış. Mirələkbər də, deyirmiş ki, sən mənim oğlumu niyə vurmuşdun? Mən də, qisasımı alıram.
Gündüz görüb ki, Xətai üstü,əli qanlı hamamın içindən çıxıb, deyib ki, “xalam oğlunun qisasını aldım”. Onlar necə vəhşi insanlardı ki, yaralı vəziyyətdə olan oğlumu qonşuların götürüb, həkimə aparmasına da, imkan verməyiblər. Qonşular hamısı gəlib, onun al qana boyanmış vəziyyətini görüb, dəhşətə gəlib. Sonra, dostu Gündüz Nihatı quçağına alıb, xəstəxanaya aparıb. Amma gec olub. O, artıq qan itirmədən ölmüşdü.

Nihat ailəli idi?

Həmin vaxt toyu təzə olmuşdu. Amma uşağı hələ yox idi. Rəhmətə gedəndə də, bilmirdi ki, ata olacaq.Ölümündən sonra qız övladı oldu.

Bu gün işiniz məhkəmədədir. Məhkəmənin gedişi sizi qane edirmi?

- İş Ağır Cinayətlər məhkəməsindədir. Biz heç vəkil də, tutmamışıq.Çünki, dövlətimizə və qanunlarımıza inanırıq. Mən anayam. Gözümün qabağında cavan balamı baltalayıb öldürüblər. Mən mətbuat vasitəsi ilə, bir daha aidiyyatı qurumlara müraciət edirəm. Mənim səsimə səs verin, oğlumun qanının batmasına imklan verməyin. Mənim oğlumu iki nəfər qəddarlıqla öldürüb. Xətai Şirinov bu işdə ən böyük günahkardı. Ona ömürlük həbs istəyirəm. Bunu bütün yuxarı orqanlara müraciətimdə də, yazmışam. Xətai Şirinov oğlumun əsas qatilidir. Bu iş belə qala bilməz. Ona ömürlük cəza verilsə, mən rahat olaram.



Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 7512


Oxşar xəbərlər