Dövlət qulluğuna qəbul imtahanları avqustda keçiriləcək


17:42     07 May 2020 tqdk%20sinaq%20imtahan%20neticelerin%20femida7.jpg



Dövlət qulluğuna qəbul imtahanları avqust ayından başlayaraq ayda iki dəfə Bakıda və Dövlət İmtahan Mərkəzinin (DİM) regional bölmələrində oflayn qaydada kompüterlər vasitəsilə keçiriləcək.

Femida.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

M. Abbaszadə qeyd edib ki, dövlət qulluğuna qəbul üzrə müsahibə mərhələsi onlayn qaydada keçiriləcək: “Müsahibələrin cədvəli müvafiq dövlət orqanları ilə razılaşdırıldıqdan sonra elan olunacaq. İlk növbədə, karantin rejimi ilə əlaqədar təxirə salınmış 32 dövlət orqanı üzrə müsahibələr keçiriləcək. Sertifikatların verilməsi isə fərdi qaydada bildiriş əsasında həyata keçirilir”.

Femida.az

Açar sözlər:

Oxunub: 850