May ayının pensiyaları ödənilir
19:11 07 May 2020
May ayı üzrə pensiyaların ödənişinə başlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən -a verilən məlumata görə, Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi, Qaradağ, Nizami, Nərimanov, Xətai rayonları, həmçinin Naxçıvan MR, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçirilib.
Sabah isə Bakının Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə pensiyalar ödəniləcək.
Yaxın günlərdə ölkəmizin digər şəhər və rayonları üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların ödənişi aparılacaq. Mayın 20-də bu ay üzrə müavinət, təqaüd və kompensasiyalar, mayın 28-də isə ünvanlı dövlət sosial yardımları veriləcək.
Beləliklə, xüsusi karantin rejimi dövründə pensiya, müavinət, təqaüd və ünvanlı yardımların vaxtından daha tez ödənilməsi təmin olunur.
Femida.az
Oxunub: 1007
Oxşar xəbərlər
- Mayın sonunadək əksər rayonlarda temperatur yüksələcək
- Mayın 16-da Ay tutulacaq
- MAY AYINDA TOY ETMƏK OLMAZ? - İNANILMAZ SƏBƏB
- Mayk Tayson təyyarədə sərnişin döyüb
- Mayın 1-dən bu xidmətdən istifadə dayandırılacaq XƏBƏRDARLIQ
- Mayın 1-dən qaz istismarı ilə bağlı pozuntuya görə yeni cərimələr tətbiq olunacaq
- Mayın 28-də “ASAN xidmət” işləməyəcək
- Mayın 28-i avtobuslar və Bakı-Sumqayıt qatarı işləyəcək - RƏSMİ
- May ayı üzrə bütün müavinət və təqaüdlər ödənilib
- Mayın 28-i ictimai nəqliyyat işləyəcək? - RƏSMİ AÇIQLAMA