Ali məktəblərə sənəd qəbulu bu qaydada olacaq


19:24     07 May 2020 Yoxlama%20nezaret%20imtahan_0.jpg


“Sənəd qəbulu onlayn qaydada həyata keçiriləcək. O cümlədən ali məktəblərə sənəd qəbulu ilə əlaqədar yalnız regional sənəd qəbulu məntəqələri fəaliyyət göstərəcək”.

Femida.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

DİM Direktorlar Şurasının sədri deyib ki, bu məsələ ilə əlaqədar Bakıda DİM-in inzibati binasında isə elektron növbə vasitəsi ilə vətəndaşların qəbulu təşkil olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 896