Türkiyədə son sutkada koronavirusdan 57 nəfər ölüb


20:12     07 May 2020 2020/01/koronovirus2_1580468432.jpg

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 57 nəfər ölüb.

Femida.az-ın xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb. Nazir qeyd edib ki, son 24 saatda 30395 şübhəli koronavirus testindən keçib, onlardan 1977-nin cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 3641 nəfər ölüb, 133721 nəfər bu infeksiyaya yoluxub, 82984 nəfəri isə müalicə olunub. Bu gün 4782 xəstə evə buraxılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 865