Koronavirus qurbanlarının sayı 270 mini keçdi


09:37     08 May 2020 20_05_08_1588916371.jpg

Dünyada koronavirusdan ölənlərin sayı 270 740 nəfərə çatıb.

Femida.az xəbər verir ki, virusdan ən çox ölüm hadisəsi ABŞ (75 670), Böyük Britaniya (30 615) və İtaliya (29 958) qeydə alınıb.

Dünyada indiyədək qeydə alınan yoluxma hallarının sayı isə 3 917 000-i ötüb.

Azərbaycanda COVID-19-dan ölənlərin sayı 28 nəfərdir. Ölkəmizdə indiyədək 2 204 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 1 551 nəfər sağalıb.

Femida.az

Açar sözlər:

Oxunub: 751