Kanadanın XİN başçısı: "Dağlıq Qarabağla bağlı mövqeyimiz dəyişməyib"
10:57 08 May 2020
“Kanadanın mövqeyi hələ də münaqişənin ATƏT-in Minsk qrupu həmsədrlərinin danışıqlar yolu ilə tənzimlənməsinə nail olmaq üçün fəaliyyətinə güclü və ardıcıl dəstəyimizə əsaslanır”.
Femida.az “Lragir”ə istinadən xəbər verir ki, bunu Kanadanın xarici işlər naziri Fransua-Filipp Şampan ölkəsindəki Erməni Milli Konqresinə Dağlıq Qarabağ münaqişənin nizamlanmasına dair rəsmi Ottavanın mövqeyi ilə bağlı məktubunda bildirib.
“Bizim mövqeyimiz bu prosesin nəticəsini müəyyənləşdirmir. Kanada münaqişənin hərb yolu ilə həll edilməməsi ilə bağlı Minsk qrupu ilə razıdır. Münaqişənin tənzimlənməsi ilə bağlı istənilən qətnamədə Helsinki Yekun Aktını nəzərə alınmalıdır”, - nazir vurğulayıb.
Qeyd edək ki, aprelin 1-də Kanadanın Türkiyədəki səfirliyi Dağlıq Qarabağda separatçıların keçiridiyi qondarma seçkilərə “Twitter” səhifəsində belə münasibət bildirmişdi: “Kanada Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və martın 31-də Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımır. Bu cür "seçkilər" Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün ATƏT-in Minsk qrupunun da səyləri daxil olmaqla, göstərilən bütün səyləri sarsıdır”.
Xatırladaq ki, Kanadanın Türkiyədəki səfiri eyni zamanda Azərbaycana, Gürcüstana və Türkmənistana akkreditə edilib.
Femida.az
Oxunub: 678
Oxşar xəbərlər
- Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirməyi planlaşdırır
- Kanada Ukraynaya zirehli texnika, Latviyaya yeni hərbçilər göndərəcək
- Britaniya, ABŞ, Kanada və Yaponiya Rusiyadan qızıl idxalına qadağa qoyub
- Kanadada meymunçiçəyinə yoluxanların sayı kəskin artıb
- Kanadada onlarla insan meymunçiçəyinə yoluxub
- Kanada parlamenti Rusiyanın Ukraynada hərəkətlərini soyqırım kimi tanıyıb
- Kanada rusiyalı milyarderlərə qarşı sanksiya tətbiq edib
- Kanada Rusiyaya qarşı sanksiyalara qoşulub
- ABŞ və Kanada öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb
- Kanada Rusiyaya qarşı sanksiya tətbiq edir