Şəhid ailələri və müharibə əlilləri üçün yeni evlər tikilir


11:23     08 May 2020 20_05_08_1588921499.jpg


Prezident İlham Əliyevin tapşrığına uyğun olaraq, şəhid ailələrinə və müharibə əlillərinə ötən illə müqayisədə bu il 60 faizdən çox olmaqla 1 500 mənzil və fərdi evin verilməsi üçün işlər aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin kateqoriyadan olan vətəndaşlar üçün yeni yaşayış binalarından artıq 480 mənzil alıb və daha 220 mənzilin alınması işləri davam edir.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, həmçinin respublikanın bölgələrində 800 fərdi yaşayış evinin ilin sonunadək onların istifadəsinə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2018-ci ildə nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan (207 mənzil) 3 dəfə çox olmaqla 626 ədəd, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 ədəd mənzil və fərdi ev verilib. Beləliklə, nazirlik tərəfindən ötən dövrdə bu kateqoriyalardan olan vətəndaşlara 7 600-ə yaxın mənzil və fərdi ev verilib.

Femida.az

Açar sözlər: #şəhid   #əlil   #müharibə   #ev   #sosial  

Oxunub: 1321