Yanan sənədlər necə bərpa ediləcək?


19:21     22 May 2015 11303967_970963419615162_1053753664_o.jpg

Binəqədi rayonunda baş verən güclü yanğın zamanı insanlara ciddi maddi ziyan dəyməklə yanaşı, onlardan şəxsiyyət vəsiqələrini, diplomlarını və digər sənədlərini itirənlər də var.


Femida.az sənədlərini yanğında itirən vətəndaşların sənədlərini bərpa etmək üçün qanunvericilikdə hansı addımların nəzərdə tutulduğu və bu işdə könüllü yardım etmək istəyən hüquqşünaslarla bağlı araşdırma aparıb. Suallarımıza cavab almaq məqsədilə hüquqşünaslar qrupuna müraciət etdik.

Hüquqşünas Məhərrəməli Həmidov:

“Qanunvericilikdə hər hansısa bir fəlakət nəticəsində itirilmiş və yaxud yanmış sənədlərin bərpası nəzərdə tutulub. Ərizəçinin ərizəsinə əsasən faktın müəyyən olunmasına dair ümumi məhkəmədə həmin sənədlərin bərpa olunması mümkündür. Köməklik məsələsinə gəldikdə isə yanan sənədlərin birbaşa bərpa olunmasına dair cənab prezident sərəncam imzalayıb. Bu səbəbdən həmin şəxslərə bu məsələ ilə bağlı hüquqi xidmət göstərməyə ehtiyac qalmır. Əks təqdirdə elimizdən gələn köməkliyi etməyə hazırıq”.

Hüquqşünas Loğman Abdullayev :

“Yanan binanın sakinlərinin məhv olmuş sənədlərinin tez bir vaxtda bərpa edilməsini cənab prezident aidiyyati nazirlərə həvalə edib. Bir qayda olaraq biz mübahisə yarananda qoşulub kiməsə yardım təklifimizi təqdim edə bilərik. Amma mən inanmıram ki, bu sənədlərin bərpasında hər hansı bir problem olsun. Qanunun tələbinə görə əgər o sənədlər müvafiq səlahiyyətlilər tərəfindən bərpa olunmasa məhkəmə perispektivasından danışmaq olar. Biz hazırıq”.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1033