Metro stansiyalarında səyyar maska satışı təşkil olunacaq


18:56     08 May 2020 20_05_08_1588946263.jpg

“Tibbi maskadan istifadəyə görə cərimələmə Bakı Metropoliteninin səlahiyyətində deyil”.

Femida.az -ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Zaur Hüseynov bildirib.

O deyib ki, qərar veriləcəyi təqdirdə sərnişinlərin cərimələnməsini Bakı Metropoliteni nəzdindəki polis şöbəsi yerinə yetirəcək: “Vətəndaş niyə tibbi maska taxmamalıdır? Biz artıq bununla bağlı xəbərdarlıq etmişik”.

Z. Hüseynov deyib ki, 25 metro stansiyasının 17-də aptek var: “Qalan stansiyalarda da səyyar maska satışı təşkil olunacaq. Eyni zamanda apteklərin səhər saat 6.00-da açılmasını xahiş etmişik. Sərnişinlərdən xahiş edirik ki, maskanı səhər saat 6.00-da deyil, qabaqcadan əldə etsinlər”.

“Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov deyib ki, metro ərazisində fəaliyyət göstərən apteklər kifayət qədər maska ilə təmin olunacaq.

“Biz xahiş etmişik ki, apteklər kifayət qədər maska ilə təchiz olunsun ki, sərnişinlər çətinlik çəkməsinlər. Sərnişinlərdən də xahiş olunur ki, maskaları səhər saat 6-da deyil, öncədən alsınlar”, - deyə o bildirib.

Açar sözlər:

Oxunub: 1037