Sumqayıtda mikroavtobusla yük maşını toqquşub, xəsarət alanlar var - FOTO


18:30     08 May 2020 20_05_08_1588946381.jpg

Sumqayıtda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, qəza şəhərin əsas giriş hissəsində, Sülh prospektində qeydə alınıb. Belə ki, SOCAR-a məxsus "Hyundai" markalı mikroavtobus "KamAZ" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində mikroavtobusun sürücüsü, 1964-cü il təvəllüdlü Hüseynov Vüqar Nəriman oğlu və onun sərnişinləri - 1966-cı il təvəllüdlü Ələkbərova Sevda Əbülfəz qızı və 1961-ci il təvəllüdlü Qədirova Zülfiyyə Hidayət qızı - ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1087