Türkiyədə koronavirusdan daha 48 nəfər ölüb


21:14     08 May 2020 20_05_08_1588958099.jpg

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 48 nəfər ölüb.

Femida.az -ın xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 33 687 şübhəli koronavirus testindən keçib, onlardan 1848-nin cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 3689 nəfər ölüb, 135 569 nəfər bu infeksiyaya yoluxub, 86 396 nəfəri isə müalicə olunub. Bu gün 3412 xəstə evə buraxılıb.

Açar sözlər:

Oxunub: 1070