Vladimir Putin Azərbaycan xalqını təbrik edib
21:24 08 May 2020
Rusiya prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibətilə Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğız Respublikası, Moldova, Özbəkistan, Tacikistan, Türkmənistan və Ukrayna vətəndaşlarını təbrik edib.
Femida.az xəbər verir ki, Kremlin Mətbuat Xidməti tərəfindən yayılmış təbrikdə faşizm üzərində qələbə qazanmaq üçün ön cəbhədə rəşadət, arxa cəbhədə fədakarlıq göstərənlərin bütün sadalanan ölkələrdə əziz xatirələrinin hörmət və ehtiramla yad edildiyi bildirilir.
Həmçinin Böyük Vətən Müharibəsinin tarixini təhrif etməyə, nasistlərin və onların dəstəkçilərinin törətdiyi bəşəriyyətə qarşı cinayətlərə bəraət qazandırmağa yönələn bütün cəhdlərin qarşısını almağın vacibliyi də qeyd edilir.
Qəhrəmanların xatirəsi sayəsində sadalanan ölkələr arasında konstruktiv əməkdaşlığın, həmçinin koronavirus pandemiyası və başqa təhlükələri dəf etmək üçün birgə səylərin daha da səmərəli olacağı diqqətə çatdırılır.
Oxunub: 1296
Oxşar xəbərlər
- Vladimir Putin Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidentinə təbrik məktubu göndərib
- Vladimir Putin Ukrayna ilə atəşkəsin əldə olunması üçün ilkin şərtləri açıqlayıb
- Vladimir Putin Türkiyəyə səfər edəcək
- Vladimir Putin üçtərəfli görüşdən sonra Təhlükəsizlik Şurasının iclasını keçirəcək
- Vladimir Putin İlham Əliyevə telefonla zəng edib
- Vladimir Zelenski Maya Sandu ilə görüşüb
- Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
- Vladimir Zelenski Donetskə getdi
- Vladimir Putin Azərbaycan - Ermənistan sərhədindəki vəziyyəti müzakirə etdi
- Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib