Qadını yük avtomobili ilə vuran Gürcüstan vətəndaşı saxlanılıb


10:24     09 May 2020 20_05_09_1589004717.jpg

Goranboyda qadını vuran sürücü saxlanılıb.

Femida.az -ın məlumatına görə, ötən gün rayonun Goran qəsəbəsində Gürcüstan vətəndaşı, 1993-cü il təvəllüdlü Giogi Batmanovi idarə etdiyi yük avtomobili ilə yolu keçmək istəyən 1986-cı il təvəllüdlü Baxşəliyeva Şahnaz İsmayıl qızını vurub.

Qadın aldığı xəsarətlər hadisə yerində keçinib.

DİN-nin Baş İstintaq və Tədqiqat İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol-istismar qaydaları pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

Açar sözlər:

Oxunub: 834