Yol qəzası: sürücü ağır xəsarət aldı


13:09     09 May 2020 qeza_yeni.jpg



Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az-ın verdiyi məlumata görə, qəza şəhərin Şəhidlər Xiyabanı ərazisində baş verib.

Şəhər sakini Şəhriyar İmanlının idarə etdiyi 90-LU-644 dövlət nömrə nişanlı, "Toyota" markalı avtomobillə Liman şəhər sakini, 1982-ci il təvəllüdlü Zahid Kazımovun idarə etdiyi 42-BF-493 dövlət nömrə nişanlı, "VAZ 2103" markalı avtomobil toqquşub.

Hadisə yerinə gələn FHN Cənub Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin 7 nəfərlik briqadası xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış "VAZ 2103" markalı avtomobildən Zahid Kazımovu çıxararaq, təcili tibbi yardım briqadasına təhvil veriblər. Yaralı sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 688