Məktəbli qızı qaçıran qardaşlara hökm oxundu
14:12 09 May 2020
Saatlıda yetkinlik yaşına çatmayan qızı evlənmək niyyətinə qaçırmaqda təqsirləndirilən Pərviz Bağırov və onun qardaşı Sahil Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Femida.az-ın məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, P.Bağırov 12 il, S. Bağırov 10 il azadlıqdan məhrum edilib.
Qərardan narazı qalan qardaşlar apelyasiya şikayəti verib. Şirvan Apelyasiya Məhkəməsində keçirilən iclasda onların şikayəti təmin edilməyib
İttihama görə, P. Bağırov yetkinlik yaşına çatmayan A. L-nı evlənmək niyyəti ilə qardaşı S. Bağırovla birlikdə Saatlı rayonunda yerləşən tam orta məktəbinin çıxışında qaçırıblar.
Onlar qızın məktəbdən çıxdığını görüb, idarə etdikləri avtomobillə qıza yaxınlaşıblar.
Qardaşların biri qızın saçından, digər isə ayaqlarından tutaraq avtomobili mindirib, ərazidən uzaqlaşıblar. Qızın valideynlərin məsələdən xəbərdar olmasından sonra hüquq-mühafizə orqanlarına şikayət ediblər.
Hüquq-mühafizə orqanları tərəfindən hər iki qardaş saxlanılıb.
Onlara Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu) maddəsi ilə ittiham verilib.
Femida.az
Oxunub: 819
Oxşar xəbərlər
- Məktəbli qızın intihar etməsinin görüntüləri - ANBAAN VİDEO
- Məktəbli qız özünü üçüncü mərtəbədən atıb - Vəziyyəti ağırdır
- Məktəbli formaları ilə bağlı dəyişiklik olmayacaq
- Məktəblilərlə hərbi-vətənpərvərlik mövzusunda onlayn tədbir keçirilib
- Məktəblilər arasında onlayn yarışın qalibləri bilindi
- Məktəblilərin yay tətili ləğv olunmayacaq
- Məktəbli atasının telefonundan “8103”ə 90 dəfə SMS göndərib - FOTO
- Məktəblilərin yay tətilinin ləğv ediləcək? - RƏSMİ AÇIQLAMA
- Məktəbliləri vuran sürücü barəsində həbs qətimkan tədbiri seçilib
- Məktəblilərin qış tətili başlayıb