Koronavirusa görə tikilən modul xəstəxanalar gələcəkdə nə üçün istifadə olunacaq?


18:21     09 May 2020 20_05_09_1589034311.jpg


“Koronavirus hələ davam edir. Virus heç bir yerə getməyib, heç bir yerə qeyb olmayıb, bizim aramızdadır. Təmaslar nə qədər çox olarsa, virus da o qədər çox yayılacaq”.


Femida.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahda bu gün keçirilən brifinqdə çıxışı zamanı deyib.

“Modul tiplu xəstəxanaların aktuallığı heç vaxt itməyəcək. Bizim ölkəmiz müharibə şəraitində yaşayır. Amma koronavirus tam başa çatandan sonra, ehtiyac olarsa, modul tipli xəstəxanalar gələcəkdə səhra hospitallarına çevrilə bilər”, - deyə TƏBİB sədri bildirib.

Femida.az

Açar sözlər: #modul   #xəstəxana  

Oxunub: 1142