Nazir müavini və xidmət rəisi barədə həbs qərarı verildi
19:22 09 May 2020
Səbail Rayon Məhkəməsində Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Femida.az xəbər verir ki, hakim Şahin Abdullayevin sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara əsasən, hər iki şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları mayın 8-də Mədəniyyət Nazirliyində əməliyyat keçirib və əməliyyat zamanı hər iki şəxs saxlanılıb.
Mayın 9-da Prezident İlham Əliyev Rafiq Bayramovun və Zakir Sultanovun vəzifələrindən azad edilməsi barədə sərəncamlar imzalayıb.
Femida.az
Oxunub: 2207
Oxşar xəbərlər
- Əməkdar mədəniyyət işçisi vəfat edib
- Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə yeni rəis təyin olunub
- Ağstafa Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin edilib
- Mədəniyyət naziri Kəlbəcərə nümayəndə təyin edib
- Qarabağda bərpa olunacaq tarixi abidələrin sayı açıqlandı
- Şuşanın türk dünyasının mədəniyyət paytaxtı seçilməsi Azərbaycana nə verəcək?
- Mədəniyyət Nazirliyi Rasim Əliyevin vəfatı ilə bağlı nekroloq yayıb
- Nazir: "Canəli Əkbərov Azərbaycan mədəniyyətində böyük bir miras qoyub"
- Mədəniyyət Nazirliyi fəxri adların verilməsi ilə bağlı narazılıqlara münasibət bildirib
- "Biz Hadrutu beynəlxalq mədəniyyət və turizm mərkəzinə çevirmək əzmindəyik”- Dövlət başçısı