Metroya maskasız girdi - 10 sutka həbs cəzası aldı
12:45 10 May 2020
Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, ötən gün saat 06:00-dan "Bakı Metropoliteni" QSC-nin sərniçindaşıma fəaliyyəti bərpa edilib.
Femida.az xəbər verir ki, bu barədə metropolitenin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Bakı metrosu Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun fəaliyyət göstərməlidir. Bu xüsusda “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”in tələblərinə əməl olunmalı, o cümlədən metropolitendə hərərkət edən sərnişinlər tibbi maska taxmalıdırlar.
Bununla belə, mayın 9-da metronun “20 Yanvar” stansiyasında 1986-cı il təvəllüdlü Bakı sakini Nicat Rəhmanoğlu polisin tibbi maska taxmaq barədə göstərişinə əməl etməyərək onunla mübahisə edib və inzibati məsuliyyətə cəlb edilib. İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsinin tələblərinə zidd hərəkət etmiş vətəndaş Yasamal rayon məhkəməsində səhvini etiraf edib. Ona 10 sutka həbs cəzası verilib.
Ümumən, metropoliten ərazisində 167 nəfərə rəsmi xəbərdarlıq edilib. Qayda pozuntusuna təkrar yol verəcəkləri təqdirdə İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyətə cəlb olunacaqları onlara bildirilib.
Femida.az
Oxunub: 1240
Oxşar xəbərlər
- Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
- Metroda küt alətlə insanları hədələyən şəxs saxlanılıb
- Bakı metrosunda qatarda nasazlıq yaranıb
- Bakı metrosunda pis qoxu səbəbindən sərnişinlər təxliyə edilib
- Bakı metrosunda sərnişin vəfat edib
- "Bakı Metropoliteni"nin Elektrik Təchizatı Xidmətinin rəisi dəyişib
- Bakı metrosunun iki yeni stansiyasında tikinti işləri gedir
- Bakı metrosu bu il alacağı yeni qatarları avqustda xəttə buraxacaq
- Metronun iş rejimi "Qarabağ"a görə uzadılıb
- "Ulduz" metrostansiyasının yaxınlığında yanğın başlayıb