Azərbaycanlıların yaşadığı bu kəndləri su basdı


15:26     10 May 2020

Gürcüstanda leysan yağışlar Laqodexi rayonunda Qabal çayının daşması ilə nəticələnib.

Femida.az-ın görə, hadisə nəticəsində rayonun Tsodniskari, Apeni və Qabal kəndlərində əkin sahələri, eləcə də 20-dək evin zirzəmisi və həyətyanı sahəsi su altında qalıb.

Əraziyə xilasedicilər cəlb edilib. Yağıntıların davam edəcəyi təqdirdə kəndlərdə əhalinin daha böyük problemlə üzləşəcəyi bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1279