İran səhvən öz gəmisini vurdu - Ölənlər və yaralananlar var


09:49     11 May 2020 20_05_11_1589176252.jpg

İran Hərbi Dəniz Qüvvələrinin “Jamaran” freqatı səhvən hərbi təlimdə iştirak edən digər gəmini raketlə vurub.

Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Tasnim” informasiya agentliyinin siyasi şöbəsinin direktoru Mehdi Bəxtiyari Tvitter səhifəsində məlumat verib. Onun sözlərinə görə, faciə Oman körfəzində baş verib və atəş “Konarak” köməkçi gəmisinə açılıb.

Nəticədə 2 nəfər ölüb, onlarla insan yaralanıb. “Konarak” isə insident nəticəsində batıb.

İran mediası isə ölənlərin sayının 40 hərbçi olduğunu iddia edir.

İran ordusu məlumata rəsmi münasibət bildirməyib.

Açar sözlər:

Oxunub: 835