TƏBİB İdarə Heyətinin sədri: “Heç kim maska qıtlığını bəhanə gətirməməlidir”


20:10     11 May 2020 2020/05/7FF3B166-7B72-4258-B31F-6783506C6177_1589213610.jpeg



“Tibbi maskalardan istifadənin məcburi hala gətirilməsi tələbatın artmasına gətirib çıxara bilər”.

Femida.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, tibbi maskalarla bağlı hər hansı problem yoxdur: “Sərt karantin rejimindən çıxdıqdan sonra tələbatın artması ilə tibbi maska çatışmazlığı müşahidə oluna bilər. Lakin heç kim maska qıtlığını bəhanə gətirməməlidir. Tibbi maskalarla bağlı ciddi problem gözləmirik. Belə problem olsa, müxtəlif parçalardan maskalar hazırlana bilər. Şəhərlərdə, ictimai nəqliyyatda maska hazırlamaqla bağlı təlimatlar asılacaq. Vətəndaşlarımız bu təlimatlardan istifadə edərək evlərdə də maskalar hazırlaya bilərlər”.

TƏBİB İdarə Heyətinin sədri vəfat edənlərin əsasən yaşlı insanlar olduğunu deyərək gənclərə müraciət edib: “Gəncdər böyüklərimizi qorumalı, sorsial məsafəni qorumalıdırlar”.

Femida.az


Açar sözlər:

Oxunub: 1143