Azərbaycana 55 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb - FOTO


09:35     12 May 2020 20_05_12_1589261852.jpg

Son bir neçə gün ərzində 3 halda 55 kiloqram 360 qram narkotikə oxşar vasi­tənin İran İslan Respublikasından Azərbaycan Respublkası əra­zisinə gətirilməsinin qarşısı alınıb.



Dövlət Sərhəd Xidmətindən Femida.az-a verilən xəbərinə görə, mayın 10-da Astara rayonunun Orucməhəllə kəndi yaxın­lığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən dövlət sərhədinin pozulmasına cəhd əlamətləri aşkar olunub, əraziyə baxış keçirilərkən sahibsiz halda 1 ədəd çanta tapılıb. Çan­tada 3 ədəd bağlamada ümumi çəkisi 11,9 kiloqram olmaqla 4900 qram marixuanaya, 3450 qram heroinə, 1550 qram tiryəyə, 2000 qram “Metafetamin”ə, 3800 ədəd “Metadon M-40” həbinə oxşar vasitə aşkar olunub.

Mayın 10-da DİN əmək­daşları ilə birgə keçirilmiş əmə­liy­yat tədbiri nəticəsində Astara rayonunun Pəlikəş kəndinin yaxın­lı­ğın­da yerləşən sərhəd zastavasının xidməti ərazisində 5,56 kilo­qram heroinə oxşar vasitə aşkar olunub.

Mayın 11-də Beyləqan rayonunun Əhmədli kəndi yaxın­lı­ğında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd nar­yadı tərəfindən 1 nəfər sərhəd pozucusunun hərə­kəti aş­kar oluna­raq ona “Dayan” əmri verilib, qaçaqmalçı dövlət sər­hədindən qa­nun­suz keçir­diyi əşyaları ataraq geri qaçıb. Həmin əşyalara baxış keçirilib, selofan bağlamalarda ümumi çəkisi 37,9 kiloqram olmaqla, 19180 qram tiryəyə, 16305 qram heroinə, 2415 qram ma­­ri­xuanaya oxşar vasitə aşkar olunub.

Qeyd edilən faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 887