Zərdabda çay evində bıçaqlanma baş verib


10:22     12 May 2020 bicaq.jpg

Zərdabda 40 yaşlı kişi həmkəndlisi tərəfindən bıçaqlanıb.

APA-nın məlumatına görə, hadisə rayonun Məmmədqasımlı kəndində yerləşən çay evində qeydə alınıb.

Kənd sakini, 1990-cı il təvəllüdlü Cavid Əhmədzadə həmkəndlisi, 1980-ci il təvəllüdlü Sübhü Eyvazovu bıçaqlayaraq hadisə yerindən qaçıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və silah qismində əşya tətbiq etməklə xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən C. Əhmədzadə saxlanılıb.

Açar sözlər:

Oxunub: 858