Karantin bölməsinə 12 nəfər qəbul olunub
11:59 12 May 2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yaşayış yeri olmayan şəxslər üçün sosial sığınacağının karantin bölməsinə 12 nəfər qəbul olunub.
Nazirlikdən Femida.aza verilən məlumata görə, bura qəbul olunan şəxslər 14 gün ərzində bölmədə xüsusi geyimlə, qoruyucu vasitələrlə, qida və s. ilə təmin edilirlər. Həmin müddətdə TƏBİB mütəxəssisləri tərəfindən mütəmadi tibbi müayinələrdən keçirilirlər. Həmçinin hər gün azı iki dəfə müvafiq cihazlarla temperaturları yoxlanılır.
Karantin dövründə koronavirusa yoluxma aşklar edilmədikdə onlar Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacağa köçürülürlər.
Hazırda 34 nəfərin yaşadığı sosial sığınacaqda sakinlərin pandemiyadan qorunması üçün zəruri işlər görülür.
Müəssisə dezinfeksiyaedici vasitələr, maskalar və digər qoruyucu vasitələrlə təmin olunub. Burada mütəmadi dezinfeksiya işləri aparılır, sosial təcrid rejimi tətbiq edilir. Sanitar-gigiyenik vəziyyətə ciddi nəzarət olunur.
Oxunub: 1047
Oxşar xəbərlər
- Karantin müddətinin azaldılması yanvarın 24-dən əvvəl yoluxanlara da aiddir - RƏSMİ
- Karantin rejimi ilə bağlı 24 mindən çox ticarət obyekti monitorinq edilib
- Karantin rejimi ilə bağlı 13 mindən çox ticarət obyekti monitorinq edilib
- Karantin rejimini pozan mikroavtobus sürücüləri cərimələnib
- Karantin rejimini pozan vəzifəli şəxsə cinayət işi açıldı
- Karantin qaydalarını pozan çay evləri cərimələndi
- Karantini pozan 40 nəfər həbs edilib
- Karantin qaydaları pozuldu: 5 şadlıq evi cəzalandırıldı
- Karantin qaydalarını pozan restoranlar cərimələnib
- Karantin qaydalarını pozan çayxana aşkarlandı