Kimsəsizləri döyüb pullarını alan dəstə tutuldu - FOTO


18:18     12 May 2020 2020/05/B8961D87-8B35-4ECD-B3A5-EDB5E092C0B9_1589293424.jpeg


Yevlaxda bu ilin mart və aprel aylarında tənha yaşayan yaşlı sakinlərə qarşı quldurluq edərək pullarını ələ keçirən dəstə üzvləri saxlanılıb.

DİN mətbuat xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, həmin şəxslər əvvəlcədən əlbir olub mütəşəkkil dəstə şəklində tənha yaşayan yaşlı sakinlərə zor tətbiq edərək - mart ayının 12-də 77 yaşlı Ş. Cəbrayılovanın 600 manat pulunu, aprel ayının 5-də 59 yaşlı M. İbrahimovun 8 600 manat pulunu və aprel ayının 28-də 78 yaşlı Məmmədovanın 1000 manat pulunu quldurluq yolu ilə ələ keçiriblər.



Yevlax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməllərini törətməkdə şübhəli bilinən rayon sakinləri Ceyhun Qaçayev, Emin İsmayılov, Elçin Rzayev və əvvəllər məhkum edilmiş Amil Qənbərov saxlanılıb. Dəstənin digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslərin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir. Həmin şəxslərin digər analoji cinayətlər etdiyi də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Yevlax rayon Polis Şöbəsinə məlumat verə bilərlər.





Femida.az

Açar sözlər:

Oxunub: 1051


Oxşar xəbərlər