Bakıda bank kartından 4500 manat oğurlanıb


09:30     13 May 2020 20_05_13_1589347886.jpg

Bakıda bank kartından pul oğurlanıb.

Femida.az -ın məlumatına görə, mayın 11-də Yasamal rayonunda yerləşən bankomatların birində şəhər sakini Ş.Cəfərova məxsus kartdan 4500 manat pul çıxarılaraq oğurlanıb.

Daxil olan müraciət əsasında Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu törətmiş 1996-cı il təvəllüdlü Ü.Rüstəmli saxlanılıb.

Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 560