Rusiyada son sutkada 10 028 nəfər koronavirusa yoluxub, 96 nəfər ölüb


12:05     13 May 2020 20_05_13_1589357159.jpg

Rusiyada son sutka ərzində daha 10 028 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Femida.az -ın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 242 271 nəfərə çatıb.

Son sutka ərzində 96 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 2212 nəfərə çatıb.


Xəstəlikdən sağalanların sayı 48 003 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdə gəlir.

Açar sözlər:

Oxunub: 404