DTX-nin keçirdiyi əməliyyatda DSX-nin üç rəis saxlanılıb


14:03     13 May 2020 20_05_13_1589364413.jpg


Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

Baku Postun əldə etdiyi məlumata görə, əməliyyat zamanı Lənkəran, Neftçala və Xaçmaz rayonlarının Sahil Mühafizə idarələrinin rəisləri saxlanılıb.

Hazırda idarələrin əməkdaşları və balıqçılıqla məşğul olan şəxslərin dindirildiyi bildirilir.

Femida.az

Açar sözlər: #DTX  

Oxunub: 483