Əhalinin gəlirləri artıb


14:21     13 May 2020 gelir%20pul.jpg

Cari ilin yanvar-aprel aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 1,3% artaraq 17 145,7 milyon manat təşkil edib.

Bu barədə Femida.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, əhalinin hər nəfərinə orta hesabla 1722 manatlıq gəlir düşüb. Bu da illik ifadədə 0,5% çoxdur.

Femida.az

Açar sözlər:

Oxunub: 613