DSX-nın vəzifəli şəxslərinə cinayət işi açıldı - RƏSMİ


16:11     13 May 2020 20_05_13_1589374492.jpg

Baş Prokurorluq Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluğun Dövlət Sərhəd Xidmətinın (DSX) Sahil mühafizəsinin vəzifəli şəxslərinin qanunsuz əməllərinin ifşa edilməsi ilə bağlı keçirilən əməliyyata münasibət bildirib.

Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanovun Femida.az-a verdiyi məlumata görə, DSX-nin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməlləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

O qeyd edib ki, detalları barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

Femida.az

Açar sözlər: #DSX   #cinayət   #başprokurorluq  

Oxunub: 1386