Moskvada adam oğurlayan azərbaycanlılar tutuldu


03:11     05 Dekabr 2015 (1)zzzc.jpg

Moskvada adam oğurluğu və soyğunçuluqda şübhəli bilinən iki Azərbaycan vətəndaşı saxlanılıb.


Femida.az-ın Rusiya DİN Baş İstintaq İdarəsinin saytına istinadən verdiyi məlumata görə, RBaş cinayət-axtarış idarəsinin əməkdaşlarının “Rıs” (Vaşaq) xüsusi dəstəsinin birgə keçirdiyi əməliyyat nəticəsində saxlanılan şəxslər şantaj, insan oğurluğu və silahlı hücumların təşkilində şübhəli bilinirlər.

Onlar noyabrın 20-i saxlanılan şəxslər paytaxtda fəaliyyət göstərən sahibkarlardan birini qaçırmağa cəhd ediblər. Lakin qaçırılması planlaşdırılan şəxs aktiv şəkildə müqavimət göstərib ki, bu da azərbaycanlıların işi sona çatdırmasına mane olub. Sahibkarların pulunu oğurlayan həmyerlilərimiz gizlənə bilib. Faktla bağlı “qrup şəklində soyğunçuluq törətmək” maddəsi üzrə cinayət işi başladılıb.

Bundan sonra Rusiya polisi xüsusi əməliyyat keçirərək onları saxlayıb. Saxlanılan zaman onların üzərindən bıçaq, həmçinin cinayət zamanı istifadə olunan avtomobil müsadirə olunub. Həmyerlilərimiz cinayət törətdikdən sonra məhz bu avtomobillə hadisə yerindən uzaqlaşırmışlar.

Femida.az

Açar sözlər:

Oxunub: 1017