İqtisadiyyat Nazirliyində yeni kadr təyinatları


19:48     13 May 2020 hokumet%20evi.jpg

Prezident İlham Əliyevin Fərmanı ilə İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə nazirliyin strukturuna daxil olan xidmətlərin əsasnamələri təsdiq edilib, həmçinin dövlət başçısının müvafiq sərəncamları ilə xidmətlərin fəaliyyətinin təmin edilməsi məqsədilə strukturların rəhbərliyində kadr təyinatları aparılıb.

İqtisadiyyat Nazirliyindən Femida.aza verilən məlumata görə, Elnur Aydın oğlu Əliyev İqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Bundan başqa, Nəzərli Orxan Faiq oğlu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. O, həmçinin Dövlət Vergi Xidmətinin rəisi səlahiyyətlərini icra edəcək.

Samirə Fəxrəddin qızı Musayeva və Vəliyev İlkin Etibar oğlu da Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin ediliblər.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilən Eynullayev Mətin Balasən oğlu, həmçinin, Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisi səlahiyyətlərini icra edəcək.

Yusubov Elçin Mustafa oğlu, Şahbazov Rüstəm Adıgözəl oğlu və Cəlilov Rafiq Əsgər oğlu da Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin ediliblər.

Məmmədov Sahib Əli oğlu isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəis müavini vəzifəsinə təyin olunub. O, həmçinin Xidmətin rəisi səlahiyyətlərini icra edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 916