Qarabağda erməni əsgərin intiharına görə zabit tutuldu


20:11     13 May 2020 2020/05/23F93594-B7C4-4287-A1F9-2924683535C5_1589387266.jpeg

Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağda hərbçi Sasun Marqaryanın ölüm faktına görə leytenant saxlanılıb.

Femida.az Ermənistan KİV-nə istinadla bildirir ki, zabitlə yanaşı kiçik çavuş Q.S. də tutulub.

Xatırladaq ki, mayın 10-da saat 18:25-də hərbi hissələrdən birinin ərazisində xidmət edən 19 yaşlı Sasun Marqaryan ölümcül güllə yarası alıb.

Onun tabeliyindəki odlu silahdan atəş açmaqla özünü güllələdiyi bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1402