Bakıda yeniyetməyə qarşı soyğunçuluq edilib


09:58     14 May 2020 20_05_14_1589436040.jpg

Bakıda 12 yaşlı yeniyetməyə qarşı soyğunçuluq törədilib.

Femida.az -ın məlumatına görə, paytaxtın Nərimanov rayonu A.M.Cümə küçəsində naməlum şəxs 2008-ci il təvəllüdlü V.Mikayılovun cibindən mobil telefonunu soyğunluq yolu ilə ələ keçirib.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Naftalan rayon sakini, 2002-ci il təvəlüldlü B.Məmmədov saxlanılıb.


Saxlanılan şəxsin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 21-də, saat 22 radələrində Bakı sakini B.Əzizovun Nərimanov rayonu Ə.Vahid küçəsindəki mağazanın kassasında qoyduğu pulu oğurladığı da müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 755