Bakıda 28 yaşlı qız marketdən oğurluq edib


10:14     14 May 2020 20_05_14_1589436928.jpg

Bakıda marketdən oğurluq olub.

Femida.az -ın məlumatına görə, Nəsimi rayonu S.Vurğun küçəsində yerləşən marketdə şəhər sakini N.Novruzovun kassada qoyub getdiyi 150 manat pulu oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən 1992-ci il təvəllüdlü L. Şiveyeva müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 547