Avtomobildən 1700 manatlıq oğurluq olub


10:24     14 May 2020 20_05_14_1589437488.jpg

Bakıda avtomobil qarət olunub.

Femida.az
məlumatına görə, paytaxtın Nizami rayonu, Bəhruz Nuriyev küçəsində naməlum şəxs Bakı şəhər sakini Səfərbəy Əmrahova məxsus "Ford" markalı avtomobildən 1200 manat pul və 480 manatlıq mobil telefon oğurlayıb. -IN
Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şərur rayon sakini, 1985-ci il təvəllüdlü Vüsal Quliyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 728