Rusiyada koronavirusa yoluxanların sayı 250 mini keçib


11:44     14 May 2020 20_05_14_1589442321.jpg

Rusiyada son sutka ərzində daha 9974 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Femida.az -ın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 252 245 nəfərə çatıb.

Son sutka ərzində 93 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 2305 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 53 530 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdə gəlir.

Açar sözlər:

Oxunub: 457