Keçmiş məhkumdan silah və narkotik götürüldü


13:16     14 May 2020 2020/05/A6C5FA9E-4364-4F76-A329-244FDAE31463_1589447868.jpeg


Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçiriblər.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən xəbərə görə, nəticədə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Abbasovdan “İJ-79-7T” markalı tapança, 4 ədəd patron, 1 ədəd daraq və 7 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 693