Polis oğurluq edən şəxsləri saxladı


14:05     14 May 2020 2020/05/DDAC03D3-0A87-4BC9-A089-C35EC4257253_1589451114.jpeg

Paytaxtda və Göyçayda oğurluqla məşğul olan şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 21-də rayon ərazisində “Ford” markalı avtomobildən 1200 manat pul və 480 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Şərur rayon sakini V.Quliyev yaxalanıb.

Mayın 9-da Göyçay rayonunda şəhər qəbiristanlığındakı məzarlardan birinin ətrafına çəkilmiş dəmir hasarı sökərək oğurlamaqda şübhəli bilinən Ərəbcəbirli kənd sakini, əvvəllər məhkum olunmuş C.Bədəlov rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 433