FHN-də kadr dəyişikliyi aparılıb


15:09     14 May 2020 fhn-003211.jpg

Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi aparılıb.

FHN Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva Femida.az-a bildirib ki, daxili rotasiyaya əsasən, polkovnik Hikmət Abbasov Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi təyin olunub.

Bundan əvvəl o, Bakı Regional Mərkəzin rəisi vəzifəsində çalışıb.

Buna qədər Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi olmuş, daxili xidmət general-mayoru İsrail Əliyev isə Bakı Regional Mərkəzin rəisi təyin olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 408