"Tofiq Yaqublunun qızının irəli sürdüyü iddialar əsassızdır" - RƏSMİ
15:38 14 May 2020
"Törətdiyi əmələ görə Nizami RPİ İstintaq şöbəsində cinayət işi üzrə təqsirləndirilən Tofiq Yaqublunun qızı Nigar Həzinin müstəntiq tərəfindən istintaqın hərəkətsiz saxlanılmaqla, ibtidai araşdırmanın uzadılması ilə bağlı sosial şəbəkələrdə irəli sürdüyü iddiallar əsassızdır".
Bu barədə Femida.aza Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
O bildirib ki, cinayət işinin ibtidai istintaqını aparan Nizami RPİ-nin İstintaq şöbəsinin müstəntiqi tərəfindən T.Yaqublunun həyat yoldaşı və qohumu şahid qismində mayın 7-də idarəyə dəvət olunmalarına baxmayaraq, məqsədli olaraq razılaşdırılmış tarixdə polis idarəsinə gəlməyiblər.
Cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması üçün istintaq hərəkətləri davam etdirilir.
Femida.az
Oxunub: 1046
Oxşar xəbərlər
- Tofiq Mirzəyev “Xalq artisti” fəxri adı və “Şöhrət” ordeni ilə təltif edilib
- Tofiq Babanlı vəfat edib
- Tofiq Yaqublu ev dustaqlığına buraxıldı
- Tofiq Yaqublunun apelyasiya şikayətinə bu gün baxılacaq
- Tofiq Yaqublunun azadlığa buraxılması ilə bağlı vəsatət verildi
- Tofiq Yaqublunun məhkəməsinin vaxtı məlum olub
- Tofiq Yaqublunun oğlu hərbi tibb müəssisəsinə göndəriləcək
- Tofiq Bəhramovun xatirəsinə həsr olunmuş turnir keçiriləcək
- Tofiq Yaqublunun Baş Prokurorluğa çağırılmasının səbəbi məlum olub - RƏSMİ
- Tofiq Tağızadənin 100 illik yubileyi keçiriləcək