19 mindən çox abituriyent ali və orta ixtisas təhsili müəssisələrinə ərizə verib


18:39     14 May 2020 20_05_14_1589463586.jpg

Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun başlanıldığı iki gün ərzində 19 565 abituriyent elektron qaydada ərizə verib.

Femida.az-ın məlumatına görə, I ixtisas qrupu üzrə 8 300, II ixtisas qrupu üzrə 3 654, III ixtisas qrupu üzrə 6 183, IV ixtisas qrupu üzrə 1 428 abituriyent ərizə verib.

Ümumilikdə indiyədək ərizə verənlərin 17 281-i Azərbaycan, 2 284-i rus bölməsi üzrə təhsil almaq istəyir.

V ixtisas qrupu üzrə qeydiyyatdan keçən abituriyentlərin sayı 12 510, orta ixtisas təhsili səviyyəsi (11 illik orta təhsil bazasında) üzrə qeydiyyatdan keçənlərin sayı 12 505 nəfərdir.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi (DİM) mayın 12-dən 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbuluna başlayıb. Ərizə qəbulu iyunun 5-dək internet vasitəsilə aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1251