Azərbaycan və Ermənistan arasında əsirlərin dəyişdirilməsi gündəmdədir


18:59     14 May 2020 20_05_14_1589468751.jpg

Azərbaycanla Ermənistan arasında əsirlərin dəyişdirilməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında dair aparılan danışıqlarda hər zaman gündəmdədir.

Femida.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

XİN rəsmisi bildirib ki, həbsdə olanların yaxın qohumları tərəfindən ziyarət edilməsi ilə bağlı ötən il Moskvada qərar qəbul edilib.

"ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə digər həbsdə olanların taleyi ilə bağlı məsləhətləşmələr davam etdirilir. Biz bunu diqqətdə saxlayacağıq", - deyə Zaxarova vurğulayıb.

Femida.az

Açar sözlər: #Zaxarova   #Rusiya   #XİN   #siyasaət   #əsir   #girov   #Ermənistan  

Oxunub: 1405