Dünyada koronavirusdan ölənlərin sayı 300 mini keçdi


20:33     14 May 2020 20_05_14_1589475258.jpg


Dünyada yeni növ koronavirusa yoluxanların sayı 4 milyon 482 min 962 nəfərə çatıb.


Femida.az "Worldometers"-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 300 min 397 nəfərdir. İndiyədək 1 milyon 684 min 365 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, COVİD-19 infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Koronavirus 212-dən çox ölkədə qeydə alınıb.

Femida.az

Açar sözlər: #koronavirus  

Oxunub: 1010