“Röyalbank”ın direktoru və Müşahidə Şurasının sədrinin işi məhkəməyə göndərildi


09:24     15 May 2020 1398947325_mehkeme.jpg



Azərbaycanda 8 ildən artıqdır beynəlxalq axtarışda olan "Röyal Bank”ın direktoru Cam Fuad Əli oğlu və onun atası Cam Əli Məmmədhəsən oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Femida.az-ın xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Zeynal Ağayevin icraatına verilib.

Yaxın günlərdə cinayət işi üzrə məhkəmə başlanacaq.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə- külli miqdarda olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, Cam Fuad Əli oğlu bir neçə ölkənin vətəndaşlığını daşıyıb. Onu gah ABŞ-da, gah da Dubayda olduğu barədə informasiyalar dolaşırdı.

Xatırladaq ki, Fuad Cam ləğv olunan "Royal Bank”ın direktoru, bankın Müşahidə Şurasının sədri isə onun atası Əli Cam olub.

Onu da əlavə edək ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin qərarı ilə 2012-ci ildə “Royal Bank”ın lisenziyası ləğv edilib.

Cinayət işi üzrə Kənd Təsərrüfatı Nazirliyi və Əmanətlərin Sğortalanması Fondu zərərçəkmiş qismində tanınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 884


Oxşar xəbərlər