Polis qadını soyan şəxsi saxladı


09:54     15 May 2020 hebs5.jpg

Bakıda qadına qarşı quldurluq edilib.

Femida.az-ın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, naməlum şəxs paytaxt sakini, 1994-cü il təvəllüdlü V.M-nin boynundakı dəyəri 1 800 manat olan briliant asqını (kulon) quldurluq yolu ilə ələ keçirib.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən Şamaxı rayon sakini, 1977-ci il təvəllüdlü Nazim Məmmədov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 722